Bəzi sosial media hesablarında Şişlidəki (İstanbul) Heydər Əliyev Parkındakı büstün söküləcəyi və yerində mədəniyyət mərkəzinin salınacağı ilə bağlı iddialar əsassızdır.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin X səhifəsində paylaşım edilib.
Bildirilib ki, Şişli Bələdiyyəsi hazırda sözügedən ərazi ilə bağlı heç bir iş görmür, belə bir layihə gündəmdə də yoxdur:
“İctimaiyyəti çaşdırmaq və iki dost və qardaş ölkəmiz arasındakı münasibətləri hədəf almaq məqsədi daşıyan bu təxribatçı və dezinformasiya dolu iddialara etibar edilməməsini xahiş edirik”.