Hörmətli cənab Prezident!

Sizin Ali Baş Komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər hər birimizin qəlbində Vətənə və dövlətə olan sevgini daha da gücləndirmişdir.

Bu gün qalib və suveren Azərbaycanın vətəndaşı olmaq, üçrəngli Bayrağımızın azad torpaqlarımızda dalğalanmasını görmək mənim üçün böyük fəxrdir. İnanıram ki, Azərbaycan gəncliyi dövlətimizin inkişafı və gələcək uğurları naminə üzərinə düşən məsuliyyəti hər zaman layiqincə yerinə yetirəcəkdir.

Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı tarixi uğurlar gənc nəslə böyük inam və gələcəyə nikbin baxış bəxş edir. Biz gənclər ölkəmizin inkişafını, dövlətçiliyimizin möhkəmlənməsini və milli maraqlarımızın qorunmasını əsas vəzifələrdən biri hesab edirik.

Müzəffər Ali Baş Komandan, Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu xoşbəxtliyi xalqımıza bəxş etdiyinizə görə Sizə minnətdaram. Mən bir Azərbaycan gənci olaraq bu əlamətdar günü böyük qürur və fəxarət hissi ilə qeyd edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Kənan Heydərli,

Azərbaycan Respublikası, Abşeron rayonu.