Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti görüşünü keçirib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı fərdi inkişaf proqramının icrası, əldə olunan nəticələr və növbəti mərhələdə qarşıda duran hədəflər müzakirə edilib. Həmçinin liderlik keyfiyyətlərinin, strateji və analitik düşünmə bacarıqlarının gücləndirilməsi, eləcə də peşəkar yüksəliş üçün yeni imkanların müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorların rəhbərliyi ilə bir il müddətində fərdi inkişaf proqramında iştirak edirlər.