Bolqarıstan Mərkəzi Seçki Komissiyası İliyana Yotovanı prezident seçkilərinin qalibi elan edib.
Bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
MSK-nın 441 saylı qərarına əsasən, İliyana Yotova və Kiril Valçev müvafiq olaraq Bolqarıstan Respublikasının prezidenti və vitse-prezidenti elan ediliblər.
Yotova ölkə tarixində prezident vəzifəsinə seçilən ilk qadın olacaq.