Oktyabrda Türkiyədə istehlak qiymətləri 2025-ci ilin eyni ayına nəzərən 29,77 faiz artıb.
Medianews.az bildirir ki, kommunal xidmətlərin 40,24 faiz, spirtli içkilər və tütün məmulatlarının 28,73 faiz, ərzaq və spirtsiz içkilərin 27,73 faiz, geyim və ayaqqabıların 13,38 faiz inflyasiyaya məruz qaldığı xəbər verilir.
Hesabatı yayan Statistika Qurumu təhsil sahəsində bahalaşmanı 48,86 faiz, səhiyyə xidmətlərində 43,29 faiz, nəqliyyat sektorunda 36,39 faiz, sığorta və maliyyə xidmətlərində 31,41 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 28,42 faiz, rabitə xidmətlərində 27,33 faiz, istirahət və mədəniyyət xidmətlərində 23,21 faiz, məişət əşyalarında 23 faiz göstərir.