MDM ümumi aktiv və unikal investorların sayını açıqlayıb

Bu il oktyabrın 1-nə Milli Depozit Mərkəzində (MDM) 26 939 ümumi aktiv investor qeydiyyatda olub.

Bu barədə MDM-ə istinadən xəbər verilir.

Məlumata görə, bunun 26 773-ü fiziki, 166-sı isə hüquqi şəxslərdir.

Təkcə III rübdə ümumi aktiv investorların sayı 32 vahid artıb. O cümlədən fiziki şəxslərin sayında 44 vahid artım, hüquqi şəxslərin sayında isə 12 vahid azalma olub.

Rüb ərzində ümumi unikal investorların sayı isə 1 591 vahid artaraq 185 148-ə çatıb. Yeni unikal investorların 1 684-ü fiziki, 7-si isə hüquqi şəxslərdir.