Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlanılıb (VİDEO) (YENİLƏNİB)

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək Azərbaycan vətəndaşlarını aldadan və onların pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılıb.

Saxlanılan şəxslər Azərbaycana gətirilib.

DİN-in yaxın saatlarda əməliyyatın təfərrüatları barədə geniş məlumat yayacağı gözlənilir.