Oman yaxınlığında ticarət gəmisinə hücumda Hindistan vətəndaşı həlak olub

Omanın Lima bölgəsi yaxınlığında ticarət gəmisinə hücum nəticəsində bir Hindistan vətəndaşı həlak olub.

Bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hücum noyabrın 1-də baş verib.

Nazirlik bildirib ki, gəmidə olan 14 Hindistan vətəndaşından 13-ü xilas edilib.