Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bununla bağlı parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova tərəfindən səsləndirilib.

Təklif səsə qoyularaq deputatlar tərəfindən təsdiq edilib.