Əli Əsədov VİP salonlarından istifadə qaydalarını dəyişdi

Nazirlər Kabineti “Hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə

hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın, “Hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.