Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib

Laosun yeni səfiri Siphandon Oybuabuddi ölkəsinə rəsmi səfərlə bağlı dəvətini Prezident İlham Əliyevə təqdim edib.

Dəvət İlham Əliyevin Siphandon Oybuabuddini qəbul etdiyi zaman baş tutub.

Səfir, həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqa bir daha minnətdarlığını bildirib.