Ukrayna Moskvaya hücum etdi

Noyabrın 3-nə keçən gecə Moskva istiqamətində 493 Ukrayna pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Onlardan 187-si birbaşa paytaxta yaxınlaşarkən zərərsizləşdirilib.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Onun sözlərinə görə, hücum noyabrın 2-si saat 20:30-dan noyabrın 3-ü saat 07:30-dək davam edib. Hava hücumundan müdafiə qüvvələri dronların böyük hissəsini Moskvanın uzaq sərhədlərində məhv edib.

Hücumun mümkün nəticələri barədə əlavə məlumat verilməyib.

Bundan başqa, Tula vilayəti üzərində də 38 Ukrayna PUA-sı vurulub. Vilayət qubernatoru Dmitri Milyayev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, infrastruktura ziyan dəyməyib.