Meşədə meyiti tapılan vəzifəli şəxs imiş

Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 61 yaşlı kişinin yanmış meyiti tapılıb.

Ölkə.az-a istinadən, meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.

O, Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatı hələlik məlum deyil.