Biz onların bütün nüvə potensialını bombaladıq. Pikaks dağı ilə məşğul ola bilərik, amma bu, problem deyil. Bir saatlıq işdir.
Bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“Müharibə nədir? Müharibə döyüşməkdir. Birinci Dünya müharibəsinə, İkinci Dünya müharibəsinə nəzər salın.
Bizi sonuncu dəfə nə vaxt İranla döyüşərkən gördünüz? Axırıncı dəfə nə vaxt atəş açmışıq? Bu, müharibə deyil. Bu, çox yumşaq bir müharibədir.
Razılaşma əldə etmək ehtimalımız çox yüksəkdir. Onlar razılaşma əldə etməyi çox istəyirlər.
İranla müharibəyə 30 milyard dollar xərclədik. Bu, qəpik-quruşdur”, - o bildirib.