Azərbaycan nefti: bazar qiyməti ilə büdcə qiyməti arasında neçə dollar fərq…

Noyabrın 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 116,5 dollar olub.

Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulandan 51,5 dollar yuxarı qiymətdir.

Dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb.

“AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34, avqusta 101,87, sentyabra 97,61, oktyabra 119,26, noyabra 116,50 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.