Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka rayonunda etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanova bibər qazı ilə hücum edilib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları Ukrayna Milli Qvardiyasının "Azov" bölməsinin gizli həbsxanası kimi istifadə edildiyi bildirilən binaya soxulmağa cəhd göstəriblər.
Toqquşmalar zamanı gözyaşardıcı qazdan istifadə olunub, həmçinin atışma səsləri də eşidilib.
Baş verən qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb.