Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-a istinadla, hadisə zamanı VAZ-2107 və KIA markalı avtomobillər toqquşub.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 25 yaşlı Pərviz Eyvazlı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.