Hesaba görə başlayan mübahisə qanla bitdi

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-a istinadən, hadisə şəhərdə yerləşən restoranların birinin ərazisində qeydə alınıb.

İlkin məlumata görə, mübahisə zəminində 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Münaqişəyə hesaba görə başlayan mübahisə səbəb olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, 2008-ci il təvəllüdlü Fuad Cəfərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.