Türkiyənin Diyarbakır şəhərinin Bağlar rayonunda yük maşını ilə yüngül kommersiya avtomobilinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
"TRT Haber"ə istinadən, sürücülərinin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Nömrə nişanları da məlum olmayan qaz balonları olan yük maşını ilə yüngül kommersiya avtomobili Diyarbakır-Mardin avtomobil yolunun Oğlaqlı qovşağı ərazisində toqquşub. Qəzada 2 nəfər ölüb, 2-si ağır olmaqla, 12 nəfər yaralanıb.
Məlumat əsasında əraziyə təcili tibbi yardım və jandarm qrupları cəlb edilib. Xəsarət alanlar şəhərdəki xəstəxanalara çatdırılıb.