Azərbaycanın Kanadadakı səfirliyinin konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək.
Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 9-10 noyabr tarixlərində Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - paylaşımda qeyd olunub.