Göygöldə evdən kişi meyiti tapıldı

Göygöldə evdən meyit tapılıb.

APA-ya istinadən, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, kənddə yerləşən fərdi yaşayış evlərinin birində orta yaşlı kişi meyiti aşkarlanıb.

Dərhal hadisə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri məlum deyil, ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.