"Qarabağ" ev oyunlarını "Azərsun Arena"da keçirəcək

“Qarabağ” Misli premyer-liqasında ev oyunlarını “Azərsun Arena”da keçirəcək.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə əlaqədar PFL-ə müraciət edib.

Klubun müraciətini və “Azersun Arena”nın oyunları qəbul etməyə hazır olduğunu nəzərə alan PFL qərar qəbul edib.

Beləliklə, “Qarabağ” Misli premyer-liqasının 11-ci turunda “Turan Tovuz”la qarşılaşmadan etibarən ev oyunlarını “Azərsun Arena”da keçirəcək.