Kreml Ukrayna ordusunun Aleşkidə atəşkəsdən yenidən qruplaşmaq üçün istifadə ehtimalını istisna etməyib

Aleşkidə humanitar əməliyyat uğurlu keçib.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Aleşkidə humanitar əməliyyatın uğurla başa çatdığını qəbul edir və bütün iştirakçılar arasında koordinasiya səviyyəsini yüksək qiymətləndirir.

Peskov vurğulayıb ki, hələlik bu humanitar əməliyyata bənzər plan və ya təşəbbüs yoxdur, lakin hər bir halda vətəndaşların maraqları hər şeydən üstün olacaq: "Rusiya yeni humanitar əməliyyatlar barədə qərarlar qəbul edərkən insan təhlükəsizliyinə üstünlük verəcək".

Kremlin sözçüsü Ukrayna Silahlı Qüvvələrinin Aleşkidə atəşkəsdən yenidən qruplaşmaq üçün istifadə etməsi ehtimalını istisna etməyib.

Peskov bildirib ki, Moskva Rusiya və Ukrayna ombudsmanları arasında koordinasiya səviyyəsini yüksək qiymətləndirir.

O, Rusiyanın Aleşkidəki humanitar əməliyyatda göstərdikləri köməyə görə ABŞ-a və xüsusən də Melaniya Trampa minnətdar olduğunu söyləyib.

Rusiya ombudsmanı Yana Lantratova Xerson vilayətinin Aleşki şəhərindəko humanitar missiyanın bu gecə rəsmi olaraq başa çatdığını açıqlayıb.

O, Rusiya hərbçilərinin humanitar missiyanın yerinə yetirilməsini təmin etmək üçün həyatlarını təhlükəyə atdıqlarını söyləyib.