“Xilasedici” komandası Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Təmsilçimiz bu raundda Portuqaliyanın “Sportinq CP Lisboa” klubu ilə qarşılaşacaq.
Komandalar arasında ilk görüş noyabrın 3-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada təşkil olunacaq.