Oman sahillərində gəmi raketlə vuruldu

Oman sahillərində gəmi mərmi ilə hədəf alınıb.

Bu barədə UKMTO məlumat yayıb.

“UKMTO Lima yaşayış məntəqəsindən 9 mil şimal-şərqdə insident barədə informasiya alıb. Kapitanın sözlərinə görə, gəmi naməlum mərmi ilə vurulub, nəticədə göyərtənin sağ hissəsində dəlik əmələ gəlib”, - deyə bildirilib.

Hazırda gəmi və ekipaj heyəti təhlükəsizlikdədir.