İran ABŞ-la danışıqlardan imtina etdi

İran XİN-in rəhbəri Abbas Əraqçi bəyan edib ki, onların ABŞ-la danışıqlar aparmaq fikirləri yoxdur. Nazir bu görüşə ehtiyac olmadığını da qeyd edib.

Əraqçı bildirib ki, məsləhətləşmələr vasitəçilər vasitəsilə aparılır. “Şərtlərimiz aydın və birmənalıdır. Onlar yerinə yetirilmədən danışıqlar mümkün deyil”.