Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Noyabrın 5-dən 6-dək Abşeron Olimpiya İdman Kompleksinda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

ACF-dən "Report"a verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıq olacaq.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.