Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri ilə əlaqədar prezident səlahiyyətlərini kimin icra edəcəyi məlum olub.
Bu barədə Türkiyənin “Rəsmi qəzet”ində dərc olunan sərəncamda bildirilib.
Sənədə əsasən, Ərdoğanın 2026-cı il noyabrın 2-4-də Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz icra edəcək.
Sərəncamda qeyd olunub ki, Ərdoğanın ölkə xaricində olacağı müddətdə Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq prezident səlahiyyətləri vitse-prezident Cevdet Yılmaza həvalə ediləcək.