Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb.

Moderator.az bildirir ki, Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunan qərara əsasən, Ərdoğanın ölkə xaricində olduğu müddətdə prezidentin səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz həyata keçirəcək.

Qərar Türkiyə Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə noyabrın 1-dən 4-dək Seulda rəsmi səfərdə olacaq. İki ölkənin dövlət başçıları və nümayəndə heyətləri arasında danışıqların noyabrın 3-də keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Türkiyə ilə Cənubi Koreya arasında strateji tərəfdaşlığın müxtəlif istiqamətləri, eləcə də aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edən bir sıra sənədlərin imzalanması da planlaşdırılır.