Tramp bu gecə seçki ilə bağlı xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 2-də aralıq seçkilər ərəfəsində çıxış edəcək. O, administrasiyasının və Konqresdəki respublikaçıların fəaliyyətinin nəticələrindən danışacaq.

Bu barədə “Axios” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Tramp Bakı vaxtı ilə saat 23:00-da Vaşinqtondakı Linkoln Memorial hovuzunun yaxınlığında çıxış edəcək. O, həmçinin Ağ Evin paytaxtın yenidən qurulması istiqamətində səylərindən söz açacaq.

Çıxışın daha geniş seçici auditoriyasına müraciət xarakteri daşıyacağı, yoxsa administrasiyanın fəaliyyətinin yekunlarına həsr olunacağı hələ məlum deyil.