Bakı, 2 noyabr, AZƏRTAC “İrəvan Qazılığının tarixi” kitabı İrəvan bölgəsinin tarixi keçmişinin öyrənilməsi, Azərbaycan xalqının dini-mədəni irsinin araşdırılması və azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “İrəvan Qazılığının tarixi” kitabının Qərbi Azərbaycan İcması ilə birgə təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli deyib.Onun sözlərinə görə, kitabda yer alan tarixi məlumatlar və arxiv sənədləri İrəvan bölgəsinin tarixi keçmişinin, burada qazılıq institutunun fəaliyyətinin və inkişaf mərhələlərinin araşdırılması baxımından xüsusi dəyərə malikdir. Bu materiallar bölgənin Azərbaycan xalqının tarixi və mədəni irsi ilə bağlılığının öyrənilməsinə mühüm töhfə verir."Əsər İrəvan vilayətinin tarixinin öyrənilməsi baxımından da əhəmiyyətli elmi mənbədir. Kitab azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə, Azərbaycanın tarixi ərazilərinin dini və mədəni irsinin daha dərindən araşdırılmasına xidmət edir", - deyə akademik əlavə edib.