Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Cənubi Koreyaya səfər edib.
Türkiyə mətbuatına istinadla, Ərdoğan Seulda hərbi hava bazasında Cənubi Koreyanın ticarət naziri Park Jung-sung tərəfindən qarşılanıb.
Prezidenti səfərdə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler və digər hökumət rəsmiləri müşayiət edir.
Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində Ərdoğanın noyabrın 3-də Cənubi Koreya Prezidenti Li Ce Myunqla görüşü nəzərdə tutulub.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Həmçinin ikitərəfli münasibətləri gücləndirəcək sazişlərin imzalanması planlaşdırılır.