Bakıda 8 Noyabr prospektində nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.
Bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, yolda aparılan təmir işləri səbəbindən avtomobillərin hərəkəti çətinləşib.
Vətəndaşlar iki saatdan çoxdur tıxacda qaldıqlarını, yaranmış vəziyyətin narahatlığa səbəb olduğunu qeyd ediblər.