Novxanı-Pirşağı yolunda qəza: Yaralananlar var

Novxanı-Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"a istinadən, qəza nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qəza ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.