“Liverpul” “Sportinq”in futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Liverpul” klubu Portuqaliyanın “Sportinq” komandasında çıxış edən Maksim Arauxonu transfer etmək istəyir.

Mersisayd təmsilçisi 26 yaşlı sol cinah müdafiəçisinin çıxışını yaxından izləyir.

“Liverpul”la yanaşı, “Mançester Yunayted”, “Çelsi” və “Arsenal” da uruqvaylı futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Maksim Arauxonun “Sportinq”lə müqaviləsi 2030-cu ilin iyununa qədərdir. Onun sözləşməsində 80 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub.