Bu ölkədə prezident seçkisi başa çatdı: Nəticələr…

Bolqarıstanda prezident seçkisi başa çatıb.

Noyabrın 1-də keçirilmiş ikinci turda dövlət başçısı İliyana Yotova 58 faizə yaxın səslə sabiq baş nazir Andrey Qyurovu qabaqlayıb.

27 namizədin yarışdığı ilk turda, oktyabrın 25-də İliyana Yotova 34,6 faiz, Andrey Qyurov 32,04 faiz səslə ikinci tura çıxmışdılar.

2016 və 2021-ci illərdə prezident seçilmiş Rumen Radev 2026-cı il yanvarın 19-da istefa verib, yanvarın 23-də vitse-prezident İliyana Yotova dövlət başçısı kürsüsünə oturub.

Aprelin 19-da keçirilmiş növbədənkənar parlament seçkisini Rumen Radevin başçılıq etdiyi Mütərəqqi Bolqarıstan Partiyası udaraq hökumət qurub.

1964-cü il təvəllüdlü İliyana Yotova filoloqdur. Telejurnalist kimi tanınıb. Sosialist Partiyasının təmsilçisidir. Bolqarıstan parlamentinin və Avropa Parlamentinin üzvü olub.