Dünyanın ən təhlükəli yolu - 120 kilometrlik təhlükə - Video

Hindistanda Şimla şəhərindən Panqi vadisinə gedən yol dünyanın ən təhlükəli marşrutlarından biri hesab olunur.

120 kilometr uzunluğunda olan bu yol yüksək dağ aşırımlarından, dar qayalıq cığırlardan və qoruyucu maneələri olmayan dik döngələrdən keçir.

Marşrutda suötürücü sistemlərin və təhlükəsizlik baryerlərinin olmaması nəqliyyat vasitələrinin uçuruma yuvarlanması riskini daha da artırır.