Niderlandın Maastrixt Universitetinin alimləri araşdırma zamanı müəyyən ediblər ki, hər gün yerfındığı yemək yaşlı insanlarda yaddaşla əlaqəli beyin nahiyələrinin insulinə həssaslığını yaxşılaşdıra bilər.
60–75 yaş arası 31 nəfərin iştirak etdiyi tədqiqatda iştirakçılar 16 həftə ərzində gündə 60 qram duzsuz, qabıqlı qovrulmuş yerfındığı yeyiblər.
Nəticələr bu qidanın beyin sağlamlığının qorunmasına müsbət təsir göstərə biləcəyini ortaya qoyub.