Tramp ölkəsinin Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları topladığını bildirib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları topladığını bildirib.

Tramp bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Amerika lideri Rusiya və Çinin də ABŞ haqqında kəşfiyyat məlumatları topladığını, lakin bunun narahatlıq doğurmadığını qeyd edib. O, ABŞ-nin bu sahədə rəqiblərindən daha effektiv fəaliyyət göstərdiyini iddia edib.

Tramp hansı kəşfiyyat məlumatlarını nəzərdə tutduğunu və bu məsələni kiminlə müzakirə etdiyini açıqlamayıb.