Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən oktyabrın sonunadək 24,56 milyard dollar azalıb.
Bu barədə “Blumberq Milyarderlər İndeksi"nin oktyabr ayının sonuna olan göstəricilərində qeyd olunub.
Məlumata əsasən, sərvəti azalan iş adamlarının ümumi maliyyə itkisi 28 milyard dolları ötüb.
Qeyd edək ki, avqust ayında Rusiyanın milyarderlərin sayına görə dünyada dördüncü yerdə qərarlaşdığı bildirilmişdi.