Babək Quliyev UEFA Gənclər Liqasının oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

O, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) - “AZ Alkmaar” (Niderland) oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən "Bornova" stadionunda keçiriləcək.