Rusiyalı ən varlı iş adamlarının sərvəti 24,56 milyard dollar azalıb

“Bloomberg Billionaires Index”in məlumatına görə, Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən oktyabrın sonunadək 24,56 milyard dollar azalıb.

Bu barədə “Bloomberg”in milyarderlər indeksinin oktyabr ayının sonuna olan göstəricilərində qeyd olunub.

Məlumata əsasən, sərvəti azalan iş adamlarının ümumi maliyyə itkisi 28 milyard dolları ötüb.

Qeyd edək ki, avqust ayında Rusiyanın milyarderlərin sayına görə dünyada dördüncü yerdə qərarlaşdığı bildirilmişdi.