Oktyabrın 31-də axşam saatlarında ABŞ-nin Alabama ştatının Birmingem şəhərindəki "Legion Field" stadionunun ərazisində baş verən atışma nəticəsində azı bir nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.

Bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, doqquz nəfər güllə yarası alıb, onlardan biri ölüb. Daha bir yaralının vəziyyəti kritik qiymətləndirilir.

Polis əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkarlayıblar. Şübhəli şəxs saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.

ABŞ-nin Alabama ştatının Birmingem şəhərindəki "Legion Field" stadionunun ərazisində baş verən silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, atəş səsləri şənbə günü axşam saatlarında, stadionda keçirilən Amerika futbolu matçının başa çatmasından bir neçə saat sonra eşidilib.

Hadisənin digər təfərrüatları və yaralıların vəziyyəti barədə məlumat verilməyib.