Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.