Cüdo üzrə Asiya Kuboku: Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar

İordaniyanın paytaxtı Əmmanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.

Komanda 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 5 medal əldə edib.

Gülşən Hüseynova (-48 kq) və Ayan Əliyeva (-63 kq) turnirin qalibi olublar. Gülgəz Musayeva (-48 kq) və Aytən Verdiyeva (-57 kq) ikinci, Çinarə Sadıqova (-52 kq) isə üçüncü yeri tutub.

Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.

Beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.