Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Dadaşzadə saxlanılıb.

Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarında heç vaxt işləmədiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.