Tehrandan Ağ Evin təklifinə cavab: Belə planımız yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ rəsmiləri ilə hər hansı görüş keçirmək planlarının olmadığını bəyan edib.

Bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

Əraqçi ABŞ rəsmiləri ilə görüş keçiriləcəyi barədə yayılan iddialara, həmçinin ABŞ-ın vitse-prezidenti JD Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə sülh danışıqlarını bərpa etmək məqsədilə məktub göndərdiyi barədə xəbərlərə münasibət bildirib.

Nazir qeyd edib ki, Vensin göndərdiyi iddia olunan məktub diqqətlə araşdırılıb və məsələ müvafiq dövlət qurumlarında müzakirə olunur.

Bununla belə, Əraqçi ABŞ rəsmiləri ilə görüşlə bağlı hər hansı planın olmadığını vurğulayıb və bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.