ABŞ Hərbi Hava Qüvvələri İsraildəki aviabazalarda 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib.
Bu barədə Britaniyanın “Military Air Tracking Alliance” aviasiya resursu məlumat yayıb.
Məlumata görə, İsrailin Ramon aviabazasında 25, Ovda aviabazasında 4, Ben Qurion hava limanında isə 18 Amerika tanker təyyarəsi yerləşdirilib. Bu təyyarələr İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı hava qüvvələrinin fəaliyyətini dəstəkləmək üçün istifadə oluna bilər.
Bundan əlavə, son günlər ABŞ hərbi nəqliyyat təyyarələri Yaxın Şərqdəki bazalara, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə uçuşlar həyata keçirib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ bölgədə hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Texasdan İsrailə “Patriot” sistemləri də göndərib.