“Zirə” “Araz-Naxçıvan”a, “Qarabağ” “Qəbələ”yə qarşı

Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Bu gün daha 2 oyun baş tutacaq.

“Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşacaq. Şamaxıda keçiriləcək oyunu Elvin Bayramov idarə edəcək.

“Qəbələ” isə məğlubiyyətsiz irəliləyən “Qarabağ”la üz-üzə gələcək. Qəbələdə keçiriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Daha öncə keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabıyla qalib gəliblər. “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli” oyunları sabah, “Sumqayıt” – “Şəfa” matçı 2 noyabrda keçiriləcək.

Azərbaycan Premyer Liqası

10-cu tur

31 oktyabr

“Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Şamaxı şəhər stadionu, 15:00

“Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Qəbələ şəhər stadionu, 17:30