"Qarabağ" "Qəbələ" ilə heç heçə etdi

Misli Premyer Liqasının X turunda "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" 19 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cu yerdədir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Turan Tovuz" doğma meydanda "Sabah"ı 3:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçı isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu gün Misli Premyer Liqasının X turu çərçivəsində daha iki qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 15:00-da start götürəcək.

Turun digər görüşündə "Qəbələ" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Misli Premyer Liqası

X tur

31 oktyabr

15:00. "Araz-Naxçıvan" - "Zirə";

17:30. "Qəbələ" - "Qarabağ".